"Milan" yoldaşlıq görüşündə "Real Madrid"i minimal hesabla məğlub edib.
Oxu.Az xəbər verir ki, Amerikanın Çikaqo şəhərindəki "Soldier Field" stadionunda "Real Madrid" və "Milan" komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Görüşdə yeganə qolu 55-ci dəqiqədə "Milan" klubunun nigeriyalı hücumçusu Samuel Çukvueze vurub -1:0.
Qalan vaxtda komandalar çox çalışsalar da, oyunda başqa qol qeydə alınmayıb.
Rəylər