Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

“Real Madrid” səkkiz qollu matçda “Atletiko”nu keçərək İspaniya Superkubokunun finalına yüksəldi - VİDEO
“Real Madrid” və “Atletiko” arasında keçirilən İspaniya Superkubokunun yarımfinal matçı başa çatıb.
Komandalar Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki “Əl Avval Park” stadionunda qarşılaşıblar.
Oyunun əsas vaxtı 3:3 bitdiyindən əlavə vaxta ehtiyac yaranıb.
Burada isə daha iki top vuran “kral klubu” qələbəni bayram edib - 5:3.
Beləliklə də, “Real Madrid” səkkiz qollu matçda “Atletiko”nu məğlub edərək İspaniya Superkubokunun finalına yüksəlib.
"İspaniya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar