İspaniya La Liqasına heç-heçə ilə başlayan "Real Madrid" komandası 21-ci dəfə belə bir hadisə ilə üzləşib.
Oxu.Az xəbər verir ki, "Real Madrid" "Malyorka" ilə görüşdə heç-heçə etdikdən sonra 21-ci dəfə uğursuz başlanğıca imza atıb. Madrid klubu bərabərliklə start verdiyi mövsümlərin yalnız beşində üzü gülən tərəf olub.
Bu, 1931/32, 1985/86, 1988/89, 1996/97 və 2006/07 mövsümlərində yaşanıb.
Qeyd edək ki, "Malyorka" ilə görüş 1:1 hesabı ilə başa çatıb.
Rəylər