Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən "Koktal" təlim poliqonunda "Altın Kıran - 2024" (Qızıl Qartal) birgə taktiki-xüsusi təlimi keçirilir.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, təlimdə iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Qazaxıstana səfər edib.
"Altın Kıran - 2024" birgə taktiki-xüsusi təlimi avqustun 24-dək davam edəcək.
Rəylər