İspaniyanın "Real Madrid" klubu UEFA-nı məhkəməyə verməyə hazırlaşır.
Oxu.Az "AS" nəşrinə istinadən xəbər verir ki, İspaniya klubu və Superliqanı təbliğ edən "A22 Sports" şirkətinin vəkilləri qitənin ali futbol təşkilatından zərər, itirilmiş mənfəət və nüfuz itkisinə görə təzminat tələb etmək niyyətindədirlər.
Təzminatın məbləği 4,5 milyard avro olaraq qiymətləndirilib.
2023-cü ildə Avropa Məhkəməsi UEFA və FIFA-nın yeni turnir - Superliqanı yaratmaq ideyasının ləğvi ilə bağlı qərar çıxarıb. Məhkəmə həmçinin FİFA və UEFA-ya "rəqabətə zidd davranışlara" son qoymaqla bağlı xəbərdarlıq edib.
2025-ci ilin oktyabrında Madrid məhkəməsi UEFA-nın Avropa İttifaqının azad rəqabət qaydalarını pozduğunu və hakim mövqeyindən sui-istifadəni təsdiqləyib. "Real Madrid" bəyan edib ki, bu qərar kluba dəymiş əhəmiyyətli ziyana görə təzminat tələb etməyə imkan verir.