İspaniya La Liqasının 8-ci turunda "Real Madrid" doğma meydanda "Vilyarreal"ı 1:0 hesabı ilə məğlub edib.
Oxu.Az xəbər verir ki, oyun "Santyaqo Bernabeu" stadionunda keçirilib.
Görüşdə yeganə qolu 62-ci dəqiqədə yarımmüdafiəçi Yan Diomande vurub. Bu, futbolçunun Madrid klubunun heyətində ilk qolu olub.
Matçın 74-cü dəqiqəsində "Real"ın vingeri Vinisius Junior rəqib futbolçunun saçından tutduğuna görə qırmızı vərəqə alaraq meydandan qovulub.
Səkkiz oyundan sonra 18 xal toplayan "Real" turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Vilyarreal" isə 8 xalla 13-cü yerdədir.
Növbəti turda "Vilyarreal" oktyabrın 17-də doğma meydanda "Elçe" ilə, "Real" isə oktyabrın 18-də "Sevilya" ilə qarşılaşacaq.