Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

“Real Madrid” yeni mövsümün startına qədər Mbappenin transferini bitirmək istəyir
“Real Madrid” PSJ-dən Kilian Mbappenin transferini ən qısa zamanda bitirmək niyyətindədir.
Məlumata görə, “kral klubu” yeni mövsümün startına qədər keçidi reallaşdırmağa çalışır. İspaniya təmsilçisinin rəhbərliyi hücumçunun La Liqanın növbəti mövsümünün I turunda avqustun 12-də keçiriləcək “Atletik”ə qarşı görüşdə meydana çıxmasını planlaşdırır.
24 yaşlı forvardın Paris təmsilçisi ilə gələn ilin yayına qədər müqaviləsi var. Fransa millisinin üzvü sözləşməni yeniləmək istəmədiyi üçün Paris təmsilçisi bu yay onu satmağı düşünür.
Qeyd edək ki, Kilian Mbappe ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 43 oyun keçirib, 41 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: El Debate
"Fransa" teqi üzrə xəbərlər
- Tramp Makronu alçaltmaqda ittiham edilir
- Fransalı siyasətçidən ÇAĞIRIŞ: Təcili şəkildə növbədənkənar seçki keçiriləcək?
- Trampdan Makronun narahatedici jestinə reaksiya
- Rəsmi Bakı Fransanın Ermənistandakı səfirinin anti-Azərbaycan iddialarına cavab verib
- Fransada Rusiya Baş Konsulluğunun yanında PARTLAYIŞ TÖRƏDİLDİ