“Real Madrid” Kosta Rikalı futbolçu ilə müqavilə imzalayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Real Madrid” Kosta Rikanın qapıçısı Keylor Navası heyətinə qatıb.
Kral klubu “Levante”də oynayan Navas üçün 10 milyon avro ödəyəcək. Kosta Rikanın heyətində Dünya çempionatında uğurlu çıxışla böyük klubların diqqətini çəkən Navas “Real Madrid”ə qismət olub.
Kosta Rikanın tarixində ilk dəfə olaraq Dünya çempionatının ¼ finalına yüksəlməkdə qapıçı Navasın əvəzsiz rolu olub.