Müqəddəs Ramazan ayı ilə bağlı əksər əməkdaşlarımız oruc tutur. Stansiyanın əməkdaşları arasında namaz qılanlar da az deyil.
Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.
O bildirib ki, bu ayda oruc tutan əməkdaşlara müxtəlif güzəştlər də tətbiq edilir:
“Onların ibadət etməsi iş zamanı heç bir narahatçılıqla qarşılanmır və təcili yardımın işinə maneə törətmir”.
Xatırladaq ki, dünən Qafqazinfo xəbər saytı Təcili Tibbi Yardım Stansiyasının maşınının sürücüsünün namaz qıldığı yerdə fotusunu yayıb. Şəkli fotoqraf Abbas Atilay adlı şəxs çəkərək, sosial şəbəkələrdə paylaşıb.