İspaniya çempionatının 19-cu turu çərçivəsində “Vilyareal” komandası səfərdə Madridin “Real” klubunu məğlub edib.
Oxu.Az-ın xəbərinə görə, “Santyqo Bernabeu” stadionunda keçirilən qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 87-ci dəqiqədə Pablo Fornals vurub.
Qələbə sayəsində “Vilyareal” xallarının sayını 31-ə çatdıraraq beşinci pilləyə yüksəlib. Bir oyun az keçirən “Real” 32 xalla dördüncüdür.
Turnir cədvəlinə isə 48 xalla “Barselona” başçılıq edir.