“Real Madrid” klubu İspaniya Super Kubokunun yarımfinalında “Valensiya”nı məğlub edib.
Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanında keçirilən oyun 3:1 hesabı ilə başa çatıb.
Madridlilərin heyətində Toni Kros (15), İsko (39) və Luka Modriç (65) fərqləniblər.
“Valensiya”nın yeganə qolunu oyuna əlavə olunmuş vaxtda penaltidən Daniel Parexo vurub.
“Real” yanvarın 12-də finalda “Barselona” - “Atletiko” cütlüyünün qalibi ilə görüşəcək.