Binəqədi rayonunda döyülmə hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə “Çıraq” restoranının yaxınlığında qeydə alınıb.
45 yaşlı Orucov Elşən Elxan oğlu naməlum şəxslərlə mübahisə edib. Bu zaman onlar başına daşla vuraraq E.Orucova ağır xəsarət yetiriblər.
Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, üzün əzilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli