İspaniya Kubokunun 1/4 final mərhələsinin son görüşü keçirilib.
Oxu.Az xəbər verir ki, Madrid “Real”ı bu mərhələnin ilk oyununda Kataloniya klubu olan “Jirona” ilə qarşılaşıb.
Görüşdə altı qol vurulub. Lukas Vaskes və Serxyo Ramosun (penalti) qollarına qonaqlar qarşılıq verib.
Lakin 77-ci dəqiqədə Ramosun dubluna və fransalı hücumçu Karim Benzemanın qoluna onlar qarşılıq verə bilməyincə, matç “Kral klubu”nun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Cavab görüşü fevralın 1-də baş tutacaq.
Qeyd edək ki, günün digər matçında daha bir Kataloniya klubu olan “Espanyol” “Real Betis”lə heç-heçə edib – 1:1.