Kolumbiya və “Real Madrid”in futbolçusu Xames Rodriqes 2014-cü il ən seksual idmançısı seçilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, “People” jurnalı futbolçuya bu titulu layiq görüb. Oyunçunun fotosu nəşrin yeni sayının üz qabığında da yerləşdirilib.
Yeni nömrədə futbolçunun arvadı və anasının şərhləri dərc olunub. Yaxınları Xamesin şəxsi keyfiyyətlərindən danışıblar.
Xatırladaq ki, Xames Rodriqes yay transfer pəncərəsində “Real”ın heyətinə qatdığı ən bahalı transferlərindən biri olub. Futbolçunun transferi “Kral Klubu”na 80 milyon avroya başa gəlib.