İyulun 7-də, 16-cı “Red Bull X-Fighters”in ən yaxşısını müəyyən etmək üçün 11 qorxusuz rayder (motosikl idarə edən şəxs – red.) Madridə toplaşmışdı.
Hazırkı çempion, fransız Tom Paje aldığı travma üzündən yarışlarda iştirak etməyib. Yarış Yeni Zelandiyadan olan Levi Şervudanın qələbəsi ilə başa çatıb.
Motofristaylda yıxılmalar nadir hal deyil. Yarışların favoriti fransız Tom Paje aldığı travmaya görə yarışdan imtina etməli olub. Onun sözlərinə görə, bu idman növündə bacarıq yüksək olduqca travma az olur. “Travma aldığın zaman bacarıqlarını itirirsən. Motofristyal elə bir şeydir ki, rayder öz bacarıqlarını hər gün təkmilləşdirməlidir. Bu idman növü təhlükəlidir, mənim üçün qorxuya güc gəlməyin yeganə vasitəsi məşqdir. Əgər rayder hazır deyilsə, o, qorxacaq, o, uduzmaqdan, ağlasığmaz tryukları yerinə yetirməkdən çəkinəcək. Rayder böyük yarışlarda çıxış etməyə hazır olmalıdır.
Mən heyranedici tryuklar etməyi sevirəm, tamaşaçıları gözlərinə inanmamağa məcbur etməyi xoşlayıram. Tamaşaçının ürəyini fəth edə bilmisənsə, sən artıq qalibsən”.

Fransalı idmançı qeyd edib ki, yeni tryukları yerinə yetirməkdən çox onlara ad düşünməkdə çətinlik çəkir.
Çempion Red Bull komandasının nümayəndəsidir
Qələbəyə gedən yolda Yeni Zelandiyalı Levi Şervud İspaniya idmançısı Denni Torresi geridə qoyub. Levi bütün tryuklarından istifadə etməli olub və o, “Red Bull X-Fighters”də qələbə çalıb. Qələbədən sonra çempionu arenada əl üstə gəzdiriblər.

Yarışlar alqışlar və atəşfəşanlıqla başa çatıb.
Elvin Əhmədov