“Neftçi” baş məşqçisi Laurentsiu Regekampfla yolları ayıra bilər.
Paytaxt klubu 48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək niyyətindədir.
Rumıniyalı çalışdırıcı bunun üçün 100 min avro təzminat tələb edir. “Neftçi” isə məbləği aşağı salmağı düşünür.
Tərəflərin tezliklə ortaq məxrəcə gələcəyi bildirilir. Bakıdakı mənzilini boşaldan Regekampf artıq yeni iş axtarmağa başlayıb. Məlumata görə, o, “Styaua” prezidenti Cici Bekali və “Universitatya Krayova”nın sahiblərindən Mixay Rotaru ilə əlaqə saxlayaraq, öz xidmətlərini təklif edib.
Keçən ilin yayından “Neftçi”ni çalışdıran Laurentsiu Regekampfın klubla 2024-cü ilin yayınadək müqaviləsi var. Onun gedişindən sonra komandanın türkiyəli Sergen Yalçına tapşırılacağı iddia edilir.
Mənbə: playsport.ro
Rəylər