Azərbaycan millisinin 26 yaşlı hücumçusu Renat Dadaşov yerli klublardan birində çıxış etmək qərarından daşınıb.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, hazırda futbolçuya ən real təkliflər Türkiyə, Almaniya, Polşa və Yunanıstan klublarındandır.
Dadaşov hətta Yunanıstanın "Aris" klubuna keçərsə, komandanın Konfrans Liqasında "Araz-Naxçıvan"la oyun üçün Azərbaycana gələ bilər.
Belə ki, Saloniki təmsilçisi Dadaşovun xidmətində maraqlıdır. Hazırda azad agent statusuna malik forvard qarşıdakı həftə yeni klubu ilə bağlı məsələyə qərar verəcək.
Qeyd edək ki, Renat "Ayntraxt"(Frankfurt), "Eştoril", "Vulverhempton", "Pasuş Ferreyra", "Qrasshopper", "Tondela", "Hatayspor", "Ankaragücü", "Radomyak" klublarında çıxış edib.