"Xarici klublardan milliyə dəvət alan futbolçuları uzun müddətdir izləyirik".
Oxu.Az xəbər verir ki, bunu yanvarın 11-dən 17-dək Bakıda təlim-məşq toplanışında olacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov deyib.
O bildirib ki, onlarla bağlı lazımi məlumatların hamısını əldə ediblər:
"Bu futbolçular yaxşı klublarda çıxış edirlər. Buna görə də hansı səviyyədə olmaları ilə bağlı şübhəmiz yoxdur. Onların bütün oyunlarını işləmişik. Elias U-19 liqasında oynayır, bəzən U-21-ə cəlb olunur. Raul artıq U-17 liqasında çıxış edir. Axırıncı oyunlarından razı qaldıq və düşündük ki, bu toplanış onları meydanda görmək üçün yaxşı bir fürsətdir".
Qeyd edək ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hazırlıq çərçivəsində U-21 iki yoxlama oyununda qüvvəsini sınayacaq. Yanvarın 16-da "Səbail", 17-də isə "Şamaxı" ilə qarşılaşmalar planlaşdırılıb. Toplanış üçün heyətə 24 futbolçu dəvət olunub.
Murad Nəsimi