Rəşad Sadıqovun baş məşqçisi olduğu “Zirə” komandası qapıçı problemini həll edib.
Ötən il Braziliyanın B Seriyasında çıxış edən, bu ildən C Seriyasında mübarizə aparan “Londrina” klubunun rəsmi saytı xəbər verir ki, qapıçı Mateuş Albino komandadan ayrılıb.
O, “Zirə” ilə müqavilə bağlayacaq. Futbolçu özü də bu barədə danışıb:
“Londrina” həyatımda əla imkan idi. Öz işimi, oyunumu göstərməyə imkan verən klub idi. Ancaq xaricdən gələn təklif mənim və ailəm üçün çox vacib idi. Həmişə Avropada oynamağı arzulamışam və o an gəlib”.
Qeyd edək ki, “Zirə”də millimizin üzvü Emil Balayevin “Qarabağ”a keçidindən sonra iki qolkiper qalıb. Bunlar Rəşad Əzizli və Abdulla Seyidəhmədovdur.
Səbuhi Musayev