AFFA “Qarabağ” klubunun braziliyalı futbolçusu Reynaldonun Azərbaycan yığmasına cəlb olunmasına münasibət bildirib.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, assosiasiyanın baş katibi Elxan Məmmədov milliləşdirilməsi gündəmə gələn braziliyalı ilə bağlı fikirlərini açıqlayıb.
“Biz Reynaldonun milliləşdirilməsini istərdik. Amma 2008-ci ildə qərar qəbul etmişik ki, yığmada legioner yox, ancaq etnik azərbaycanlılar oynasın. Təəssüf ki, Reynaldonun Azərbaycanla bağlılığı yoxdur” – deyə, baş katib bildirib.
Məmmədov vurğulayıb ki, bu məsələ ilə əlaqədar Reynaldo ilə danışıq aparmaq istəyirlər:
“Bu barədə FİFA-ya müraciət edəcəyik. Reynaldo və “Qarabağ”la danışacağıq. Ola bilər ki, Reynaldo başqa xarici klubda oynasın və Azərbaycan millisinə sonradan gəlməsin. Bu məsələləri onunla dəqiqləşdirmək lazımdır”.