Rusiya Boks Federasiyası Beynəlxalq Boks Assosiasiyasının rusiyalı idmançıların beynəlxalq yarışlardan kənarlaşdırılması ilə bağlı qərarını şərh edib. Təşkilatdan bildirilib ki, onlar Rusiya Olimpiya Komitəsinin (ROK) idmanın siyasətdən kənar olması ilə bağlı mövqeyinə sadiqdir.
Bu barədə Federasiyanın saytında xəbər verilib.
“Müxtəlif geosiyasi qüvvələrin məqsədlərinə çatması üçün idmançılardan girov kimi istifadə edilməsi yolverilməzdir”, - deyə qurumun bəyanatında bildirilib.
Qeyd edək ki, fevralın 28-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) idman federasiyalarına müraciət edərək onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.