Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

“Rizin” kəmərini hədəfləyən azərbaycanlılar - VİDEO
Azərbaycanlı MMA idmançıları Vüqar Kərəmov və Mehman Məmmədov “Rizin 41” turnirindəki qələbələrinin ardından açıqlamalar veriblər.
Döyüşçü Vüqar Kərəmov bu idman növündən nə vaxtsa bezəcəyinə inanmadığını bildirib:
“Rinqə çıxdığım zaman uduzacağım ağlıma belə gəlmir. Mən özümə inanıram. 9 yaşınan idmanla məşğulam. Son yarışda dostum Mehman döyüşə çıxan zaman çox həyəcanlanırdım”.
İdmançı Mehman Məmmədov isə Azərbaycanda bu idman növünə marağın çox olduğunu qeyd edib:
“Elə bir idmançı yoxdur ki, məğlub olmasın. Mənim məqsədim kəmərə qədər döyüşməkdir”.
Daha ətraflı Baku TV-nin süjetində:
“Rizin” kəmərini hədəfləyən azərbaycanlılar - VİDEO

Ən çox oxunanlar