"Qarabağ"la ilk matçda iki adi vəziyyətdən qol buraxdıq".
Oxu.Az xəbər verir ki, bunu Macarıstan təmsilçisi "Ferentsvaroş"un baş məşqçisi Robbi Kin mətbuat konfransında deyib.
"Futbolçularımız sabahkı matça hazırdırlar. Heyətdə müəyyən dəyişikliklər ola bilər. Kimin start heyətində meydana çıxacağını sabah biləcəyik. İlk qarşılaşmada iki adi vəziyyətdən qol buraxdıq. "Qarabağ" futbolçuları əllərinə düşən fürsətlərdən maksimum istifadə etdilər. Bizdə isə fərqli oldu".
Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
Anar Həsənov