Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Robert Prosineçkinin ilk təlim məşq toplantısı
Azərbaycan yığması 20-26 fevralda Antalyada təlim məşq toplantısında iştirak edəcək.
Oxu.Az xəbər verir ki, bu yeni baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında ilk təlim məşq toplantısıdır.
Təlim məşq toplantısında AZAL və “Neftçi”nin futbolçuları iştirak edə bilərlər, belə ki, fevralın 24-də bu komandalar Topaz prmeyer liqasının 3-cü turunun təxirə salınmış matçını keçirəcəklər. Təlim məşq toplantısında Türkiyədə çıxış edən azərbaycanlı futbolçular da iştirak edə bilərlər. Belə ki, təlim məşq toplantısı FİFA-nın rəsmi müddətində keçirilmir.
Xatırladaq ki, fevralın 24-də yığma Antalyada Ukraynanın “Şaxter” komandası ilə kontrol matçı keçirəcək, bu komanda bu həftə Çempionlar liqasında ilk 8/1 finalında Münhenin “Bavariya”sı ilə görüşəcək.
Beləliklə, təlim məşq toplantısına aşağıdakı futbolçular dəvət alıb:
Rəşad Sadıxov, Bədəvi Hüseynov, Maksim Medvedyev, Qara Qarayev, Namiq Ələsgərov, Vüqar Nadirov (hamısı “Qarabağ”dan), Rəşad Sadiqov, Ruslan Abışov, Cavid Hüseynov, Elvin Camalov (hamısı “Qəbələ”dən), Səlahət Ağayev, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı “İnter”dən), Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi “Xəzər-Lənkəran”), Orxan Əliyev, Andrey Popoviç, Məhəmməd Qurbanov (hamısı “Sumqayıt”dan), Rəşad Eyyubov (“Simurq”), Emil Balayev (“Ayntraxt”, Almaniya), Anton Krivotçuk (klubsuz).
F.H.
www.oxu.az
"Almaniya" teqi üzrə xəbərlər
- Hamburq aeroportunun işi iflic oldu: Bütün reyslər ləğv edildi
- Almaniyada gömrükdə minlərlə Dubay şokoladı müsadirə edilib
- ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib
- Tramp Almaniyadakı ABŞ hərbçilərini başqa ölkədə yerləşdirməyi düşünür
- Almaniyada məşhur təkər zavodunda PARTLAYIŞ: Yaralılar var