Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Rodriqonun dublu “Real Madrid”ə qələbə qazandırdı - VİDEO
İspaniya La Liqasının 30-cu turunun “Real Madrid” - “Atletik Bilbao” qarşılaşması keçirilib. Oyun Madriddəki “Santyaqo Bernabeu” stadionunda baş tutub. Görüşün baş hakimi kimi Xavyer Arbelola Roxas çıxış edib.
8-ci dəqiqədə madridlilər Rodriqonun qolu ilə hesabda önə keçiblər. 73-cü dəqiqədə meydan sahiblərinin braziliyalı hücumçusu dubla imza atıb - 2:0.
İspaniya çempionatında 30 turdan sonra Madridin “Real” klubu 75 xal toplayıb və liderdir. Öz növbəsində, “Atletik” eyni sayda oyundan sonra 56 xal toplayıb və dördüncü yerdə qərarlaşıb.
"İspaniya La Liqası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar