Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Roma"nın əfsanəsi Françesko Totti borclarına görə futbola qayıda bilər
"Roma"nın və İtaliya futbolunun əfsanəsi Françesko Totti vergi ödəməkdən yayınmaqda ittiham edilib.
Oxu.Az-ın "Mash" "Telegram" kanalına istinadla məlumatına görə, "Roma kralı"nın minimum 200 min avro borcu aşkar edilib, ancaq məbləğin 10 dəfə çox ola biləcəyi ehtimal edilir.
Totti artıq Roma məhkəməsinin şübhəli şəxslər reyestrinə daxil edilib. İlkin araşdırma nəticəsində məlum olub ki, sarı-qırmızıların keçmiş kapitanı reklam çarxları və sosial şəbəkələrindəki paylaşımlarından əldə etdiyi gəlirlərin bir hissəsini bəyan etmək üçün tələb olunan ƏDV nömrəsini qəsdən gizlədib.
Əvvəlcə Françeskonun borcu bir neçə min avro təşkil edirdi, lakin faizlər və cərimələr səbəbindən zaman keçdikcə artıb. Yoxlama zamanı hüquq-mühafizə orqanları Tottini daha bir neçə fırıldaqda şübhəli biliblər.
Dekabrın 9-13 tarixlərində onun şəhər prokuroru ilə görüşləri təyin edilib. İlkin məlumata görə, qanun və maliyyə problemləri səbəbindən - borclarla bağlı məsələləri həll etmək və həbsxanaya düşməmək üçün hücumçu böyük futbola qayıda bilər.
Rəylər