İtaliyanın “Roma” klubunun baş məşqçisi Eusebio Di Françesko Çempionlar Liqasında düşdükləri qrupu dəyərləndirib.
Oxu.Az-ın “Report”a istinadən məlumatına görə, 48 yaşlı mütəxəssis İngiltərənin “Çelsi” və İspaniyanın “Atletiko” komandaları kimi önəmli rəqiblərlə qarşılaşacaqlarını bildirib.
Bununla yanaşı, Di Françesko “Qarabağ”ı kənarda saxlamağı düzgün saymayıb:
“Bu komandanı da qiymətləndirməmək olmaz. Hər zaman bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Biz qrup mərhələsinə tam hazırıq”.
S.B.
www.oxu.az