Madrid “Real”ının və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo Las Veqasda (ABŞ ştat Nevada) yad bir adamın telefonunu tapıb, bundan sonra o telefonun sahibəsi ilə əlaqə saxlayaraq onu şam yeməyinə dəvət edib. Bu barədə amerikalı Ostin Vulstenhulm öz İnstagram-ında bildirib.
“Pis xəbərlər: iki gün əvvəl telefonumu itirdim. Yaxşı xəbərlər: onu Kriştianu Ronaldo tapıb. Lap yaxşı xəbərlər: keçən gecə o, məni şam yeməyinə dəvət etdi”, - Vulstenhulm yazaraq, oyunçu ilə şəklini paylaşıb.
İlin əvvəlində Ronaldo sevgilisi İrina Şeyk ilə ayrılıb. İdmançının təşəbbüsü ilə bu münasibətlərə son qoyuldu. Bundan sonra futbolçu bir neçə dəfə müxtəlif qızların kampaniyasında görülüb.