Kriştiano Ronaldo dünən La Liqanın 22-ci turunda “Atletiko” 0:4 hesabı ilə uduzduqları oyundan sonra “Real”ın azarkeşlərini hiddətləndircək hərəkət edib.
Oxu.Az Qol.az-a istinadən xəbər verir ki, İspaniyanın “AS” qəzetinin yaydığı xəbərə görə, portuqaliyalı hücumçu matçdan bir neçə saat sonra keçirilən əyləncəli məclislərdən birinə qatılıb.
O, Madrid restonlarından birində dostları ilə birgə o ki var əylənib, hətta mahnı da oxuyub.