Xəbər verdiyimiz kimi, Madridin “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo ata olub.
Oxu.Az-ın məlumatına görə, futbolçu sosial şəbəkələrdə körpələrin fotosunu paylaşıb.
“Mən çox xoşbəxtəm, çünki ürəyimin yeni iki hissəciyini əllərimdə tutmuşam”, - Ronaldo fotoya şərh yazıb.
Xatırladaq ki, iyunun 8-də surroqat ana süni mayalanma yolu ilə Ronaldonun iki uşağını dünyaya gətirib. Körpələrə Mateo (oğlan) və Eva (qız) adı verilib.
Qeyd edək ki, forvardın böyük oğlu Ronaldo Juniorun 6 yaşı var. O da 2010-cu ildə surroqat anadan dünyaya gəlib.

S.B.
www.oxu.az