Madridin “Real” komandasının hücumçusu Kriştianu Ronaldo “Xetafe” ilə oyununda 3 qol vuraraq bu mövsüm vurduğu qolların sayını 48-ə çatdırıb və La Liqanın bombardiri olub.
Oxu.Az xəbər verir ki, Bu göstərici ilə o, həm də öz rekordunu yeniləyib. 2011/12 mövsümündə 46 qol vuran Ronaldo cari il göstəricisini daha da yaxşılaşdırıb.
Bundan əlavə, Kriştiano Ronaldo əvvəlki rekordlarını da üstələyib. Bu mövsüm üçün indi onun hesabında 61 qol var. 2011/2012-ci li sezonunda isə qolları 60-a bərabər idi.
Qeyd edək ki, İspaniya çempionatının son turunda “Real” öz meydanında “Xetafe”ni 7:3 hesabı ilə məğlub edib. Ronaldo bu oyunda 13-cü dəqiqədən 34-cü dəqiqəyədək 3 qol vurub. Onlardan birini penalti zərbəsindən vurub.