Braziliyanın əfsanəvi futbolçusu Ronaldonun oğlu xoşagəlməz vəziyyətə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Givemesport.com bildirib.
İnsident yeniyetmənin dicey kimi işlədiyi gecə klublarının birində baş verib. 14 yaşlı Ronaldonun uşaq bağçasında tərbiyəçi işləyən 27 yaşlı sarışın Lu Bernardinin ağuşunda fotoşəkli çəkilib.
Qız özü bu əlaqəni inkar etməyib.
“And içirəm ki, onun azyaşlı olduğunu bilmirdim.
Biz klubda görüşürdük, o kişilərin arasında ən hündürü idi. Mən fikirləşə bilməzdim ki, 1 metr 85 sm boyu ilə o, hələ yetkinlik yaşına çatmayıb. O, yalandan 18 yaşı olduğunu deyib. Mən bunun yalan olduğunu ağlıma belə gətirmirdim, o yaxşı həmsöhbətdir və yeniyetmə oğlan təəssüratı yaradırdı”, - qız deyib.