Madridin “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldonun oğlu cərimə zərbəsindən atasının üslubunda qol vurub.
Oxu.Az-ın xəbərinə görə, video idmançının Instagram səhifəsində yerləşdirilib.
Oyun zamanı rəqib komandanın futbolçusu kiçik Ronaldoya qarşı qaydanı pozub. Kriştianonun oğlu cərimə zərbəsini özü sərbəst şəkildə yerinə yetirməyi qərara alıb. O, atasının hərəkətlərini təkrarlayaq geriyə bir neçə addım atıb və dayanıb. Sonra isə dəqiq zərbə ilə topu qapıdan keçirib.
S.B.
www.oxu.az