Kriştianu Ronaldu "bu bölüm bitdi" ifadəsi ilə "Ən-Nəsr"də mövsümün başa çatmasına reaksiya verib.
Oxu.Az xəbər verir ki, bunu portuqaliyalı ulduz futbolçu "X" sosial şəbəkə hesabında yazıb.
"Bu bölüm bitdi. Hekayə? Hələ də yazılır. Hamıya minnətdaram" , - deyə o bildirib.
"Ən-Nəsr" Səudiyyə Ərəbistanının son matçında uduzaraq üçüncü yeri tutub. Komanda Asiya Çempionlar Liqasına vəsiqə qazana bilməyib.
40 yaşlı Ronaldu 2023-cü ildən "Ən-Nəsr"də çıxış edir. Onun klubla müqaviləsi bu il iyunun 30-da başa çatır.
This chapter is over.
— Cristiano Ronaldo (@Cristiano) May 26, 2025
The story? Still being written.
Grateful to all. pic.twitter.com/Vuvl5siEB3