Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ronaldu İrana gəldi, ilk məşqi ləğv olundu - FOTO/VİDEO
Səudiyyə Ərəbistanının “Ən Nəsr” futbol klubu İrana səfər edib.
Oxu.Az xəbər verir ki, heyətində portuqaliyalı ulduz Kriştianu Ronaldunun yer aldığı ərəb komandası sentyabrın 19-da Asiya Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində yerli “Persopolis”lə üz-üzə gələcək.
Yerli azarkeşlər məşhur futbolçunu böyük coşqu ilə qarşılayıblar. Hətta Ronaldunu görmək üçün gələn izdihamın çox olması səbəbindən “Ən Nəsr” İrandakı məşqini ləğv etməli olub.
Əvəzində, portuqaliyalı hücumçuya xalça hədiyyə edilib. Həmçinin, bütün komandaya internetə çıxışı olan simkartlar verilib.
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqası tarixinin ən yaxşı qapıçısı kimdir?
- UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
- Lautaro Martines adını "İnter"in tarixinə yazdırdı
- "Barselona"nın gənc ulduzu Çempionlar Liqasında antirekorda imza atıb
- UEFA Çempionlar Liqası 1/8 final mərhələsinin son oyun gününün ən yaxşı futbolçuları
Ən çox oxunanlar