Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ronaldu oğlunu millidəki debütünə görə təbrik etdi
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldu eyniadlı oğlunun Portuqaliya gənclər yığmasındakı debütünə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə hücumçu "X" hesabında yazıb.
"Portuqaliya yığmasında debütün üçün təbrik edirəm, oğlum. Səninlə fəxr edirəm!", - Ronaldu qeyd edib.
Xatırladaq ki, kiçik Kriştianu Ronaldunun çıxış etdiyi milli komanda Xorvatiyada keçirilən beynəlxalq turnirdə Yaponiya gənclər yığmasını 4:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, klub səviyyəsində kiçik Ronaldu "Ən-Nəsr"in gənclər komandasının şərəfini qoruyur.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
- Messi Ronaldu ilə münasibətlərindən danışdı: "Hər zaman bir-birimizə böyük hörmətlə yanaşmışıq"
- Kriştianu Ronaldunun dırnaqlarının qara rənglə boyanmasının səbəbi bəlli oldu
- Kriştianu Ronaldu Donald Trampa imzalı köynək hədiyyə edib
- Ronaldunun çıxış etdiyi "Ən-Nəsr" baş direktorunu qovdu
- Camal Musiala FIFA Klublararsı dünya çempionatında rekorda imza atıb
Ən çox oxunanlar