“Yuventus”un hücumçusu Kriştianu Ronaldu Braziliya millisinin heyətində üçqat dünya çempionu adını qazanmış Pelenin rəsmi oyunlardakı qol rekordunu geridə qoyduğunu açıqlayıb.
Bu barədə idmançı “Instagram” hesabında paylaşım edib.
Futbolçu İtaliya çempionatının 27-ci turunda “Kalyari”yə qarşı oyunda xet-trik etməklə rəsmi oyunlardakı qol sayını 770-ə çatdırıb. Ronaldunun sözlərinə görə, o 757 qol vuran Peleni geridə qoyaraq futbol tarixinin ən yaxşı hücumçusu elan olunması barədə xəbərlərə diqqət yetirmədiyini bildirib.
“Cənab Edson Arantis du Nasimentoya sonsuz və qeyd-şərtsiz heyranlığım, eləcə də 20-ci əsrin ortalarındakı futbola olan hörmətim məni 767 qol vurduğuna inandırdı. San Paulo ştatının komandasında doqquz, həmçinin ordu komandasının heyətində rəsmi olaraq bir qol vurub”, - deyə Ronaldu “Instagram”da bildirib.
View this post on Instagram
"Braziliya" teqi üzrə xəbərlər
- Braziliyalı fermer prezident seçkisində mərc etdi, yeni "Porsche" qazandı - Video
- Prezident seçkisindən dərhal sonra Bolsonaruya ölkəni tərk etmək qadağası qoyuldu
- Braziliya liderindən yeni rekordlar: Ölkədə ən çox səs yığan və ən yaşlı prezident oldu
- Zukerberqin şirkəti seçkiyə müdaxilədə ittiham olunur
- Braziliyada silsilə qətllər təşvişi: Yeddi məkan, yeddi cəsəd, dəhşətli görüntülər... - Foto/Video
Digər xəbərlər