Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu dünən AVRO-2020-nin F qrupu çərçivəsində Fransaya penaltidən vurduğu iki qolla İran millisinin azərbaycanlı futbolçusu Əli Daeiyə çatıb.
Oxu.Az xəbər verir ki, bunadək millidə dünyanın ən çox qol vuran futbolçusu sayılan Əli Daei ilə Ronaldu indi şərikli bombardir sayılır.
Veteran Daei və Ronaldu indi millidə 109 qol vurub. Ronaldunun İran millisinin sabiq futbolçusunu keçmək şansı isə yüksəkdir.
Yeri gəlmişkən, Əli Daei bu barədə danışıb: “Ronaldunu təbrik edirəm. Hazırda hər ikimizin 109 qolu var. Beynəlxalq rekordumu qırmaq üçün ona bir qol kifayət edəcək. Mənim üçün böyük şərəfdir ki, belə bir ali nailiyyət ona qismət olacaq. Kriştianu böyük çempion və böyük insandır. O, bəşəriyyəti ilhamlandırır, onların həyatlarına təsir göstərir”.
Qeyd edək ki, Kriştianu Ronaldu AVRO-2020-də beş qol vurub və hazırda turnirin vahid bombardiridir.
View this post on InstagramSəbuhi Musayev
"Fransa" teqi üzrə xəbərlər
- "Lans" azarkeşlərinə səfər oyunlarına getmək qadağan edildi
- Fransada etiraz aksiyalarının iqtisadi zərəri milyardlarla avroya çatıb
- Fransada iğtişaşçılar 10 min avro məbləğində cərimələnəcəklər
- BTQ: "Fransa Korsika xalqının öz gələcəyini müəyyənləşdirmək hüququna qarşı çıxır"
- Fransa Kubokunda qalmaqal: Bıçaqlı azarkeş matçın dayandırılmasına səbəb oldu
Digər xəbərlər