Portuqaliyalı hücumçu Kriştianu Ronaldu futbol agenti haqqında çəkilən dram serialında rol alacaq və layihənin icraçı prodüseri kimi çıxış edəcək.
Oxu.Az bildirir ki, bu barədə "The Sun" qəzeti mənbələrə istinadən məlumat yayıb.
İddia olunur ki, şou "Day 1s" adlanacaq. Uydurma agent Stenli Dalton rolunu "Vətən" və "Milyardlar" serialları ilə tanınan britaniyalı aktyor Demian Lyuis canlandıracaq.
Süjet xətti futbol agenti Darren Deynin ideyasına əsaslanır. Nəşrin mənbəsinin bildirdiyinə görə, layihə dram və komediya elementlərini özündə birləşdirəcək və böyük yayım platformalarının marağına səbəb ola bilər.
Ronaldu özü də kadrda görünəcək. Qəzetin məlumatına görə, Londonun "Arsenal" klubunun keçmiş futbolçusu Tyerri Anri də layihədə iştirak edəcək. Serialın çəkilişləri artıq Londonun "Barnet" klubunun stadionunda başlayıb.