Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ronaldu tarix yazdı – VİDEO
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu dünya çempionatında bombardirlər cədvəlində liderliyi yenidən ələ alıb.
Oxu.Az xəbər verir ki, 33 yaşlı hücumçu hazırda davam edən Mərakeşlə oyunun 4-cü dəqiqəsində başla qol vurmaqla cari turnirdə dördüncü qolunu vurub və üç dəfə fərqlənmiş Rusiya millisinin üzvü Denis Çerışevi qabaqlayaraq ən sərrast futbolçu olub.
Qeyd edək ki, bu, Kriştianu Ronaldunun yığmada 85-ci qoludur. Bununla da Ronaldu 84 qola malik macar Ferents Puşkaşı arxada qoyaraq II pilləyə yüksəlib.
İlk siyahıya isə İran millisinin sabiq futbolçusu, milliyyətcə azərbaycanlı hücumçu Əli Daei 109 qolla başçılıq edir.
Səbuhi MUSAYEV
www.oxu.az
"İran" teqi üzrə xəbərlər
- İran parlamenti qeyri-farslara ana dilində ədəbiyyatın tədrisinə qarşı çıxıb
- İran mediası: Urmiya gölünün quruması insan fəaliyyətinin nəticəsidir
- Rəsmi Tehran: "İran ABŞ ilə təzyiq altında nüvə sazişi üzrə danışıqlar aparmayacaq"
- İran prezidenti insanların ölkədən qaçmasına etiraz etdi: "Qalmalı və çətinliklərə dözməlisiniz"
- ABŞ İranla əlaqəli şəxslərə və şirkətlərə sanksiyalar tətbiq etdi