İtaliyanın A seriyasının 2-ci turu çərçivəsində “Yuventus” “Latsio”ya 2:0 hesabı ilə qalib gəlib.
Oxu.Az “Sport24”ə istinadla xəbər verir ki, görüşün 75-ci dəqiqəsində Ronaldu boş qapını dəqiq nişan ala bilməyib.
Əvəzində onun ayağından geri qayıdan topu Mario Mancukiç tora göndərib və görüşdə yekun hesabı müəyyənləşdirib.
Turinlilərin ilk qolunun müəllifi isə Miralem Pyaniç olub.
Cristiano Ronaldo blocks his own shot and Mandzukic cleans it up. Is Cristi cursed in Serie A? #JuveLazio pic.twitter.com/yzNl0K5Pmk
— Stateside Serie A (@StatesideSerieA) 25 августа 2018 г.