Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ronaldu “Yuventus”u məhkəməyə verdi
“Ən-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu keçmiş klubu İtaliya “Yuventus”unu məhkəməyə vermək qərarına gəlib.
Məlumata görə, buna səbəb koronavirus pandemiyası zamanı maaşların verilməməsi olub.
Məbləğin 19,9 milyon avro olduğu qeyd edilir. Futbolçu qarşılıqlı razılaşma əsasında karantin zamanı dondurulmuş pulu almaq istəyir.
Xatırladaq ki, Ronaldu 2018-2021-ci illərdə “Yuventus”da çıxış edib. Komandanın heyətində o, ikiqat İtaliya çempionu və İtaliya kubokunun qalibi olub.
Mənbə: lenta.ru
"İtaliya" teqi üzrə xəbərlər
- 2025-ci il UEFA Superkubokunun keçiriləcəyi şəhər açıqlanıb
- İtaliyada xizək yolunda görünən canavar sürüsü turistləri qorxutdu
- Argentina Prezidenti Xavyer Miley İtaliya vətəndaşlığı alıb
- SOCAR İtaliya bankından maliyyə vəsaiti cəlb edir
- İtaliyada dünyada ilk dəfə işləyən ürəyin transplantasiyası həyata keçirilib
Ən çox oxunanlar