Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu FIFA-nın mükafatlandırılması mərasimi olarkən evində istirahət edirmiş.
Oxu.Az xəbər verir ki, portuqaliyalı futbolçu Lionel Messinin altıncı dəfə dünyanın ən yaxşı futbolçusu seçiləcəyini ehtimal etdiyindən mərasimə qatılmağı məqsədəuyğun saymayıb.
O, “Instagram” hesabında evdə istirahətdə olduğu şəklini paylaşaraq portuqal dilində bu sözləri yazıb:
“Səbir və əzmkarlıq həvəskardan peşəkarlığı fərqləndirən iki xüsusiyyətdir. Bu gün böyük olan hər şey kiçikdən başladı. Hər şeyi edə bilməzsən, ancaq xəyallarının gerçəkləşməsi üçün əlindən gələni et. Gecədən sonra şəfəqin gəldiyini unutmayın”.
View this post on InstagramQeyd edək ki, Kriştianu Ronaldu ilin rəmzi yığmasına seçilsə də, tədbirə qatılmadığından, podiuma 10 futbolçu çıxıb.
Səbuhi Musayev
Mövzuya aid xəbərlər
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər