Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Ronaldunun dublu son turda "Ən-Nəsr"ə kömək etdi](https://images.oxu.az/2024/05/28/Sh7sRXwnYR72Fl3ZLx6FTZeSsc7KamsUTmdkCdi6:1200.jpg)
Ronaldunun dublu son turda "Ən-Nəsr"ə kömək etdi
Səudiyyə Ərəbistanı Pro Liqasının sonuncu, 34-cü turunun "Ən-Nəsr" - "Əl-İttihad" matçı bol qolları ilə yadda qalıb.
Ər-Riyadın "Əl-Avval Park" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.
"Ən-Nəsr"in ulduzu Kriştianu Ronaldu dubla imza atıb, Əbdülrəhman Qərib və Meşari Əl-Nemer də fərqləniblər. Qonaqlar isə Fərhah Əl-Şamrani və Fabinyonun dəqiq zərbələri ilə cavab veriblər.
Beləliklə də, Səudiyyə Ərəbistanı çempionatının yekununda "Ən-Nəsr" 82 xal toplayaraq ikinci yeri tutub. "Əl-İttihad" isə 54 xalla 5-ci olub.
"Kriştianu Ronaldu" teqi üzrə xəbərlər
Ən çox oxunanlar