Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Ruben Amorim "Mançester Yunayted" rəhbərliyindən dörd futbolçunun göndərilməsini tələb edib
İngiltərənin "Mançester Yunayted" komandasının baş məşqçisi Ruben Amorim yeni mövsümdə dörd futbolçunun komandada olmasını istəmir.
Oxu.Az xəbər verir ki, bu barədə "Give Me Sport" nəşri məlumat yayıb.
40 yaşlı mütəxəssis Andre Onana, Kazemiro, Lyuk Şou və Rasmus Heylundun planlarına daxil olmadığını bildirib.
Qeyd edək ki, bu oyunçuların hamısı UEFA Avropa Liqasının finalında "Tottenhem"ə uduzduqları matçda (0:1) ilk "11-lik"də meydana çıxıblar.
"Mançester Yunayted FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar