"Sabah bizi Litva ilə qarşılaşmada çox çətin oyun gözləyir".
Oxu.Az xəbər verir ki, bunu UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan - Litva matçından əvvəl keçirilən mətbuat konfransında millimizin futbolçusu Rüfət Abbasov deyib.
O, komandanın əsas hədəfinin qələbə olduğunu bildirib:
"Başqa heç nə düşünmürük, məqsədimiz yalnız qələbə qazanmaqdır. Komandaya inanıram. Bu görüşə çox yaxşı hazırlaşmışıq. İnşallah, sabah istəyimizə çataraq qalib gələcəyik".
Qeyd edək ki, "Palm Sport Arena"da keçiriləcək Azərbaycan - Litva qarşılaşması saat 17:00-da başlayacaq.