"Əsas məqsədimiz mundialdan qazanc əldə etməkdir".
Oxu.Az xəbər verir ki, bunu 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni təyin olunmuş baş məşqçisi Rui Jorje deyib.
O bildirib ki, hələlik komandası tərəfindən təhlillər aparılır:
"Öncədən bu iki oyunu izləmişdim. Daha sonra Çexiya və Şimali İrlandiya ilə matçlara baxdım. Hələ son qərarımızı verməmişik, təhlillər aparırıq. Əsas məqsədimiz odur ki, mundialdan qazanc əldə edək. Futbolçularımızın keyfiyyətini qaldırmalı, daha sonra digər məsələlərə keçməliyik".
"Hazırda taktika və oyun sxemi üzərində iş gedir. Futbolçularla tanış olduqdan sonra biləcəyəm ki, onlar mənə nəyi verə bilərlər. Hər birinin xarakteristikasını bilməliyəm ki, tələbimi müəyyənləşdirim", - deyə baş məşqçi qeyd edib.
Qeyd edək ki, Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında ölkəmizi təmsil edəcək.