Rumıniya Kubokunda əlsiz futbolçu debüt edib. Bu, "Mayoven" və "Petrolul" komandaları arasında keçirilmiş 1/16 final oyununda baş verib.
Oxu.Az-ın məlumatına görə, əlavə vaxtda meydana Petrolul"un heyətində yarımmüdafiəçi Kosmin Lambru çıxıb. 18 yaşlı futbolçunun sol əli 10 il əvvəl yük maşınının altında qalıb.
Qeyd edək ki, matçın əsas vaxtı 1:1 hesablı bitsə də, yekunda "Mayoven" penaltilər seriyasında 5:4 hesabı ilə qələbə qazanıb.
N.O.