“Gürcüstan vətəndaşları Avropa İttifaqına vizasız səfər etməsi üçün ilkin avtorizasiyadan keçməlidir”.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu ölkə xarici işlər nazirinin müavini Vaxtanq Maxarobluişvili jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Avropa parlamentinin vətəndaşların azadlığı, məhkəmə və daxili iş məsələləri üzrə komitəsi bu təşəbbüsü dəstəkləyir.
Avtorizasiya (elektron sənəd, yaxud özünü təqdim edən şəxsin səlahiyyətlərinin və ya müəllifliyinin təsdiqlənməsi) üçün vətəndaş xüsusi elektron ərizə formasını doldurulmalıdr. Viza xidmətinə görə konsulluğa 10 avro ödənilməlidir.
Mütəxəssislər bunu vizanın başqa forması da adlandırırlar.
Qeyd edək ki, Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız gedişi qaydası cari il martın 28-dən etibarən tətbiq edilir.
N.O.