ÜDTRŞ mediaholdinqi iyun ayının 12-dən 28-nə qədər Bakıda keçiriləcək I Avropa Oyunlarını yayımlamağı planlayır, amma son qərar may ayında bildiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə PROSPORT nəşrinə, ÜDTRŞ-nin idman yayımları direksiyasının rəhbəri Aleksandr Taşin bildirib.
“Biz Avropa Oyunlarını yayımlayacağımızdan əmin deyilik, amma planımız var. Düşünürəm ki, mayın ilk iki həftəsi ərzində qərar verəcəyik. Mən hüquqların və siqnalın çatdırılmasına dair texniki xərclər barədə informasiyanı gözləyirəm. Sonra biz hansı həcmdə göstərəcəyimizi və ya göstərməyəcəyimizi qərara alacağıq. Bu yarışlar ilk dəfədir keçirilir, ona görə də bizə təbii ki, maraqlıdır”.
Eləcə də ÜDTRŞ-nin idman yayımları direksiyasının rəhbəri hələ ki, “yuxarıdan” oyunları göstərmək haqqında sərəncamın olmadığını bildirib.
Qeyd edək ki, Rusiyanı Bakıda keçirilən yarışlarda 300 idmançı təqdim edəcək.
F.H.
www.oxu.az